Gürcüstanda 8 nəfərin ölümünə səbəb olan helikopter qəzasına görə matəm elan edilib.
Ucnoqta.az xəbər verir ki, insidentlə əlaqədar Gürcüstan Baş naziri İrakli Qaribaşvili iyulun 30-nu matəm günü elan edib.
Qeyd edək ki, bu gün Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin (DİN) sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
Qəza kurort zonasında itkin düşmüş paraşütçülərin xilas edilməsi zamanı baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub. Onlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.