Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin idarəetməni itirərək qəzaya uğraması nəticəsində həlak olanlar var.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat verib.
İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.
"Gəmidə ekipaj üzvləri ilə yanaşı Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və tibb işçiləri də olub", - məlumatda deyilir.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
xxx
17:35
Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
Bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.///unikal