Şirvanda kişi arvadını uşağının gözləri qarşısında öldürüb - RƏSMİ

09:48 - 29 İyul 2022 - ÖLKƏ İÇİ

İyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Ucnoqta.az-a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Kəmaləddin Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. İş üzrə istintaq davam edir.

Xəbər xətti