Piyada keçidlərindən istifadə etməyənlər cərimələnib

19:01 - 27 İyul 2022 - ÖLKƏ İÇİ

Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfində profilaktik tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb. Onlara yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib və bu kimi halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükəli olduğu izah edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Xəbər xətti