Aparıcılara Şəbnəm və Damla QADAĞASI

15:57 - 27 İyul 2022 - MAQAZİN

Müğənni Damla aparıcılara qadağa qoyub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi verilişlərə gedərkən ona həmkarı Şəbnəm Tovuzlu ilə bağlı sual verilməməsini tapşırıb.

Eyni qadağanı Şəbnəmin də qoyduğu ortaya çıxıb.

Şəbnəm açıqlamasında xəbəri təsdiqləyərək bunları əlavə edib:

“Bunu bir çox aparıcı dostuma qadağan etmişəm. Daha doğrusu, qadağa kimi yox, xahiş etmişəm. Proqrama dəvət olunmuşamsa, mənə bir neçə müğənnilər, başda da Damla haqqında sual verilməsin. Onlar haqda danışmaq istəmirəm. Elə suallar verirlər ki, müğənnilərlə salam-sağ ol varsa da, qalmır. Bir-birimizin xətrinə dəyir, münasibətimizi tamamilə bitiririk. Ona görə də ən yaxşısı sual verilməməsi və bizim danışmamağımızdır”.

Qeyd edək ki, Şəbnəm və Damla arasında uzun müddətdir inciklik var. 

 

Xəbər xətti