Putinin Ərdoğanla görüşdə müzakirə edəcəyi məsələlər bilinib

14:21 - 27 İyul 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşəcək.

Ucnoqta.az xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, liderlər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər.

Yerxov əlavə edib ki, görüşün mövzularını prezidentlər özləri müəyyən edəcək.

Xəbər xətti