Ağalı kəndinə sakinlərın köçürülməsinin birinci mərhələsi başa çatdı. İndi bir məsələ maraqlıdır. Onların orada vəziyyəti, yaşayışları, sosial təminatları necədir?
Alternativ enerji mənbələrindən istifadə edilməklə, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Ağalı kəndi yeni texnologiyalarla inşa edilən ilk yaşayış evləridir.
Bunu "Xəzər Xəbər"ə açıqlamasında Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra da sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Fuad Hüseynovun sözlərinə görə işğaldan azad olunan ərazilərdə yaşayanlara bağlı yeni qanun layihəsi hazırlanır.
İşğaldan azad olmuş ərazilərimizə böyük qayıdış mərhələli şəkildə davam etdirilir.Yaxın gələcəkdə növbəti köçün Füzuli rayonunun Dövlətyarlı kəndində baş tutması gözlənilir.
Dövlət komitəsinin sədr müavini onu da bildirdi ki, Ağalıda məskunlaşan şəxslərin doğmaları portaldan qeydiyyatdan keçdikdən sonra öz yaxınlarını görməyə gedə bilərlər.