Almaniya Ukraynaya çox lüləli raketatan sistemlər (MLRS) Mars II və özüyeriyən haubitsalar göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Twitter"də paylaşım edib.
“MLRS Mars II artıq alman müttəfiqlərimiz tərəfindən Ukraynaya təhvil verilib"- o, bildirib.
Mars II Orta Artilleriya-Raket Sistemi müxtəlif hərəkət rejimli raketləri, məsələn, GPS sistemi ilə idarə olunan raketləri və ya minaatan raketləri vura bilər.