Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

19:02 - 26 İyul 2022 - DÜNYA

Avropa İttifaqı (Aİ) Şurası bu gün Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrini hədəf alan məhdudlaşdırıcı tədbirlərin müddətinin altı ay - 2023-cü il yanvarın 31-ə qədər uzadılması barədə qərar qəbul edib.

Bu barədə Aİ Şurasının saytında məlumat verilib.
"İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq tətbiq edilən bu sanksiyalar Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü fonunda 2022-ci ilin fevralından əhəmiyyətli dərəcədə genişləndirilib.

Onlar hazırda maliyyə, enerji, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və bahalı mallar üzrə sanksiyalar da daxil olmaqla, geniş spektrindən ibarətdir" - Aİ Şurasının məlumatında qeyd olunub.

Xəbər xətti