Bayden koronavirusdan sağalıb

21:32 - 25 İyul 2022 - DÜNYA

Birləşmiş Ştatlar Prezidenti Co Bayden demək olar ki, COVID-19-dan tamamilə sağalıb.

Bu barədə Ağ Evdən bildirilib.

“Prezidentin burnundan azca axıntı və səsində bir az xırıltı qalır”, - Ağ Evin yaydığı açıqlamada qeyd olunur.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin koronavirusa yoluxması barədə xəbər iyulun 21-də dərc edilmişdi.

Xəbər xətti