Ukrayna Prezidenti Volodimir Zelenski Qrihoriy Qalahanı Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edib və Viktor Horenkonu bu vəzifəyə təyin edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncamlar dövlət başçısının saytında dərc edilib.
Qeyd edək ki, 2020-ci il avqustun 25-də prezident Zelenski Qrihoriy Qalahanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin etmişdi.