Aqrar Subsidiya Şurası ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə bu il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.
Ucnoqta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən |
Əkin subsidiyasının artımı (manat/ha) |
Yekun əkin əmsalı |
Yekun əkin subsidiyası (manat/ha) |
|
əkin əmsalı |
Əkin subsidiyası (manat/ha) |
||||
Əsas əkinlər |
|||||
Buğda |
1,05 |
210 |
80 |
1.45 |
290 |
Arpa |
1,05 |
210 |
68 |
1.39 |
278 |
Covdar |
1,05 |
210 |
68 |
1.39 |
278 |
Tritikale |
1,05 |
210 |
68 |
1.39 |
278 |
Baş soğan |
1,3 |
260 |
70 |
1.65 |
330 |
Kələm |
1,3 |
260 |
50 |
1.55 |
310 |
Sarımsaq |
1,3 |
260 |
50 |
1.55 |
310 |
Kartof |
1,4 |
280 |
80 |
1.8 |
360 |
Təkrar əkinlər |
0.43 |
86 |
24 |
0.55 |
110 |
Pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyasının artımı və yekun məhsul subsidiyasının məbləği isə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri |
Aqrar Subsidiya Şurasının 30 avqust 2021-ci il qərarı ilə təsdiqlənən |
Məhsul subsidiyasının artımı (manat/ton) |
Yekun məhsul əmsalı |
Yekun məhsul subsidiyası (manat/ton) |
|
Məhsul əmsalı |
Məhsul subsidiyasının məbləği (manat/ton) |
||||
Pambıq |
0,85 |
170 |
14 |
0.92 |
184 |
Tütün: |
|||||
Virciniya sortu, yaş |
0,13 |
26 |
4 |
0.15 |
30 |
digərləri: quru |
0,9 |
180 |
30 |
1.05 |
210 |
yaş |
0,09 |
18 |
3 |
0.105 |
21 |
Şəkər çuğunduru |
0,06 |
12 |
4 |
0.08 |
16 |
İntensiv fındıq, nar, zeytun, limon, kinkan, naringi və portağal bağlarının, habelə şabalıd və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün verilən (bir dəfəyə məxsus) əkin subsidiyası ötən il sentyabrın 1-dən salınmış və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində ilk dəfə bəyan edilmiş bağlara şamil edilib.