Türkiyə Müdafiə Nazirliyi Ukrayna taxılı ilə bağlı məlumat yayıb

21:00 - 24 İyul 2022 - DÜNYA

Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində işlər davam edir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, taxılla yüklənmiş ilk gəminin ən qısa zamanda Ukrayna limanlarından üzməyə başlaması üçün də koordinasiya davam edir.

Xəbər xətti