Xiyarın qiyməti 5 qəpiyə endi – Fermerləri qane etmir

16:00 - 24 İyul 2022 - ÖLKƏ İÇİ

Şəmkirdə xiyarın satış qiyməti fermerləri qane etmir.

Ucnoqta.az xəbər verir ki, Bakıda xiyarın kiloqramı 50 qəpik olduğu halda Şəmkirdə 10 kiloqramı 50 qəpikdir, yəni kilosu 5 qəpik.
Şəmkirin ən böyük bazarlarında qiymətlər fermerləri qane etmir. Burada xiyarın 10 kiloqramlıq kisəsinin qiyməti 25 qəpikdən 70 qəpiyə kimi dəyişir. Qiymətin aşağı olması onları ziyana salır.

Fermer deyir ki, qiymətin aşağı olması məhsulun çox olması ilə əlaqədardır.
"Bu gün kilosu 5 qəpikdir. Nə qədər parnik sahibləri, təsərrüfatçılar bu dəqiqə zərərdədir. Hərəsi 30-40 min manat zərərdədir" - deyə Şəmkir sakini Şəhadət Əliyev bildirir.
 

Xəbər xətti