Hazırda Ukrayna Silahlı Qüvvələrində 38 000 nəfərdən çox qadın xidmət edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.
Onun sözlərinə görə, orduda xidmət edən qadınların 5 mindən çoxu hazırda cəbhə xəttindədir.
38 min qadın hərbçi ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrində həm də mülki qadınlar çalışır. A.Malyar qeyd edib ki, elə bu səbəbdən də ümumilikdə Ukrayna Silahlı Qüvvələrində 50 mindən çox qadın var.