Hindistanlı milyarder Bill Qeytsi qabaqladı

23:30 - 22 İyul 2022 - MARAQLI

Hindistanlı milyarder Qautam Adani Bill Qeytsi qabaqlayaraq dünyanın dördüncü ən varlı adamı olub.

Ucnoqta.az oxu.az-a istinadən bildirir ki, onun sərvəti 113 milyard dollara qədər artaraq "Microsoft"un həmtəsisçisini (112 milyard dollara malikdir) ötüb.

Bu il hindli maqnat kapital artımında hamını üstələyib. O, 36 milyard dollar varlanıb.

Qeytsin sərvəti isə xeyli azalıb. Belə ki, o, xeyriyyə təşkilatlarına külli miqdarda ianə verib və texnologiya şirkətlərindəki səhmlərini satıb.

Xəbər xətti