“Azerçay” ikinci mövsum çay yığımını həyata keçirib - Foto

13:40 - 21 İyul 2022 - ÖLKƏ İÇİ

Ölkəmizin çayçılıq ənənələrini dünyanın 40-dan artıq ölkəsində tanıdan doğma çay “Azerçay”ın istehsalı üçün il yetişdirilən məhsulun növbəti – 2-ci yığımına yekun vurulub.

Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımi aqrotexniki qulluğun göstərilib. Bu ilinə sonuna sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.

Çay yığımı bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyasında da aparılır. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq göstərilib.

Bütün bu görülən işlər nəticəsində bölgədə sahələrdən və fermerlərdən 1-ci yığımda 220 tona yaxın , 2-ci yığımda isə 180 tona yaxın yaş çay yarpağı alınmışdır.

Bundan əlavə, Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən “Azerçay” markası çay əkinçiliyi ilə məşğul olan fermerlərdən məhsul satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühim dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.

Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən 100 faiz təbii Doğma Çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.


Xəbər xətti