İsrail səfirinin Təbrizlə bağlı tvitinə İran səfirindən CAVAB

10:54 - 21 İyul 2022 - Xəbər

İsrailin Azərbaycandakı səfiri Corc Dikin Azərbaycanın tarixi şəhəri Təbrizlə bağlı Tvitterdə etdiyi paylaşıma İranın Azərbaycandakı səfiri Abbas Musəvi təhdidlə cavab verib. 

Ucnoqta.az xəbər verir ki, İran səfiri tviterdə qırmızı xətti heç vaxt keçmə deyərək yazıb:

“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik ötən gün tviter səhifəsində “Təbrizin sehrli nağılları” kitabını oxuduğunu əks etdirən foto paylaşaraq belə yazmışdı:
“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”


Xəbər xətti