“Port Baku”nu layihələndirən xarici şirkət Azərbaycanı tərk edib

16:32 - 20 İyul 2022 - Xəbər

Böyük Britaniyanın məşhur memarlıq və layihələndirmə şirkəti “Broadway Malyan” Azərbaycandakı törəmə şirkətini bağlayıb.

“APA-Economics” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, "Broadvey Malyan Azərbaycan" MMC ləğv olunduğunu elan edib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, Azure Business Centre, ev 15, mənzil 140 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi İan Apsley həm də mərkəzi Londonda yerləşən “Broadway Malyan Group”un icraçı direktorudur. Xatırladaq ki, "Broadvey Malyan Azərbaycan" Bakıda Milli Gimnastika Arenası, "Fəvvarələr Meydanı" Avtoparkı, "Port Baku Residence" və "28 May" Ticarət Mərkəzinin layihələndirilməsini həyata keçirib.

 

Xəbər xətti