Azərbaycan COVİD-lə bağlı yeni dalğanın başlanğıcındadır

15:49 - 20 İyul 2022 - Cəmiyyət

“COVID-19-la bağlı yeni bir dalğanın başlanğıcındayıq”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarının artacağı gözlənilir:

“İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Burada bir neçə həftədən söhbət gedir. Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq”.///Apa

Xəbər xətti