Nabrandakı zəhərlənmə ilə bağlı RƏSMİ MƏLUMAT

14:12 - 20 İyul 2022 - Xəbər

Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

Xəbər xətti