DİN-dən Nazirlər Kabinetinin qarşısında planlaşdırılan aksiya ilə bağlı AÇIQLAMA

17:36 - 18 İyul 2022 - Cəmiyyət

Daxili İşlər Nazirliyi (DİN) iyulun 20-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, aksiya cəhdlərinin qarşısı alınacaq:

"İcra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiyanın, kütləvi toplantının keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa, müvafiq tədbirlərlə qarşısı alınacaq".

 

Xəbər xətti