İsmayıllıda növbəti səyyar qəbul keçirilib - Foto

09:46 - 15 İyul 2022 - ÖLKƏ İÇİ

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Millət vəkili Novruzəli Aslanovun da iştirakı ilə vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 14-də Qalagah kəndində səyyar qəbul keçirib.

Ucnoqta.az xəbər verir ki, qəbulda hüquq-mühafizə orqanları, RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri vətəndaşların müraciətlərini, istək və təkliflərini dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.

Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 


Xəbər xətti