Nazir Goranboy DYP-yə yeni rəis təyin etdi

20:57 - 14 İyul 2022 - ÖLKƏ İÇİ

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Müşviq Əliyev təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi çalışıb. Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.

Xəbər xətti