Azərbaycan ordusunun hərbçisi həlak oldu
09:10 - 14 İyul 2022 - ÖLKƏ İÇİ
Azərbaycanda hərbçi silahdan açılan atəşdən vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki,
iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.