Aİ Şurası Ukraynaya 1 milyard avro yardım ayırdı

15:33 - 12 İyul 2022 - DÜNYA

Aİ ölkələrinin Nazirlər Şurası makromaliyyə yardımı paketindən Ukraynaya 1 milyard avroluq yeni kreditin ayrılması ilə bağlı razılığa gəlib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Twitter"də Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis məlumat verib.

"Aİ Ukraynaya maliyyə dəstəyini gücləndirir: Aİ Nazirlər Şurası indicə 1 milyard avro krediti təsdiqləyib", - Dombrovskis yazıb.

Vəsaitlər təcili büdcə ehtiyaclarının ödənilməsinə yönəldiləcək.

Xəbər xətti