Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

22:56 - 11 İyul 2022 - DÜNYA

Avropa İttifaqı yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, hazırda Rusiya neftinin alışının məhdudlaşdırılması üzərində iş aparılır. Lakin yaxın günlərdə məsələ ilə bağlı qərar verilməsi ehtimalı yoxdur.

Agentliyin məlumatına görə, bəzi ölkələr Rusiyadan qaz idxalını məhdudlaşdırmağı təklif etsələr də, əksər ölkələr bu fikri dəstəkləmir.

Xəbər xətti