“Mənə belə bir post da göndərdilər. Guya mən demişəm ki, “Azərbaycanda yoxsul yoxdur”.
Ucnoqta.az xəbər verir ki, bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı sosial şəbəkə hesabında yazıb:
"Çoxdandır bu “yalan” mənim adımdan tirajlanır. Bu fikrin mənə heç bir aidiyyatı yoxdur. “İqtisadi artım” kitabımda da yoxsulluq və onunla uğurlu mübarizə üsulları barədə yazmışam. Yoxsulluq bütün bəşəriyyətin mübarizə apardığı bir bəladır”.