Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində yanğın başlayıb.
“Ucnoqta.az” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin qurudan və havadan müdaxiləsi nəticəsində yanğın nəzarətə alınıb.
Bildirilib ki, yanğının dəqiq səbəbi məlum deyil.
Məlumata görə, yanğın başlayandan sonra bölgəyə 7 təyyarə, 6 helikopter, həmçinin 20-dən çox xüsusi texnika cəlb edilib.