14 yaşlı Aminin meyiti su anbarında tapıldı

11:12 - 10 İyul 2022 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.

Xəbər xətti