Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə səfirin geri çağırılmasının səbəbini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, ukraynalılara bugünkü videomüraciətində deyib.
Zelenski bildirib ki, bu rotasiya məsələsidir və diplomatik praktikanın ümumi hissəsidir:
"Çexiya, Almaniya, Macarıstan, Norveç və Hindistana Ukraynanın yeni nümayəndələri təyin olunacaqlar”- deyə, o bildirib.
O qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyinin xətti ilə yeni namizədlər hazırlanır.