Zelenski 5 ölkədəki səfiri geri çağırdı
20:16 - 9 İyul 2022 - DÜNYA
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın Almaniya, Macarıstan, Norveç, Çexiya və Hindistandakı səfirlərini geri çağırıb.
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam iyulun 9-da imzalanıb və dövlət başçısının saytında yerləşdirilib.
Andrey Melnik Almaniya, Lüdmila Nepop Macarıstan, Vyaçeslav Yatsiuk Norveç, Yevgeni Perebyinos Çexiya, İqor Polix isə Ukraynanın Hindistandakı səfirləri vəzifəsindən geri çağırılıb.