Ukraynada M777 haubitsalarının yerləşdiyi anqar məhv edilib - MN
15:19 - 9 İyul 2022 - DÜNYA
Rusiya Hava Kosmik Qüvvələri ABŞ-ın M777 haubitsalarının yerləşdiyi anqarı məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
“Çasov Yar yaşayış məntəqəsi ərazisində Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli raketləri Donetskdə yaşayış məntəqələrini atəşə tutan Amerikanın 155 mm-lik M777 haubitsaları və 30-a qədər ukraynalı döyüşçünün olduğu anqar məhv edib.
Ötən sutka ərzində Rusiya Hava Kosmik Qüvvələrinin Su-35 və MiQ-31 təyyarələri Nikolayev vilayətinin Bereznoqovatoye və Çervonaya Dolina yaşayış məntəqələri ərazilərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25-i vurublar”, - deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
O da qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Dolqenka, Brajkovka, Zelenoe, Yakovenkovo, Peski-Radkovski, Qruşevka, Çervoni Oskol, Donetsk vilayətinin Donetsk və Svyatoqorsk yaşayış məntəqələrində son sutka ərzində Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını məhv edib.