"Toyota" Rusiyadakı avtomobillərini geri çağırdı

23:43 - 8 İyul 2022 - AVTO

Yaponiyanın avtomobil istehsalçısı “Toyota” Rusiyaya ötən ilin iyul ayından etibarən satdığı Toyota LC 300, LX 500D və LX 600 modellərindən ibarət 3 min 864 avtomobilini geri çağırıb.

Axar.az xəbər verir ki, şirkət avtomobillərdə sabitliyinə nəzarət (VSC) funksiyasında yaranan problemdən dolayı belə addım atıb.

Belə ki, bütün avtomobillərin əyləc sistemi yenidən proqramlaşdırılacaq.

Xəbər xətti