Elmira Nağıyevanın səlahiyyətinə vaxtından əvvəl xitam verildi - FOTO

12:29 - 8 İyul 2022 - Xəbər

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.

Məsələ haqqında məlumat verən deputat Nizami Səfərov bildirib ki, hakim E.Nağıyevanın fəaliyyətində ciddi nöqsanlar olduğuna görə onun səlahiyyətlərinə xitam verilməsi təklif edilir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.///oxu.az

Xəbər xətti