Rusiya bu istoqamətlərdə Ukraynaya hücuma başladı

09:17 - 8 İyul 2022 - DÜNYA

“Siversk istiqamətində Rusiya Silahlı Qüvvələri Çerniqov vilayətini raket artilleriyasından və minaatanlardan atəşə tutub. Onlar Xarkov istiqamətində isə müdafiə əməliyyatlarını davam etdirirlər”.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.
“Düşmən bir çox əraziləri artilleriyadan atəşə tutub. Petrivka yaxınlığında hava hücumu olub. Ukrayna hərbçiləri qarşı tərəfin Dementivka istiqamətində hücum cəhdini qətiyyətlə dəf ediblər. Boqorodiçne rayonunda düşmən növbəti hücum cəhdi zamanı itki verərək geri çəkilib. Baxmut istiqmətində düşmən bəzi ərazilərdə yaşayış məntəqələrini minaatan və artilleriyadan atəşə tutub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Veselaya Dolina istiqamətində və Spirne qəsəbəsi ərazisində irəliləyir: “Qarşı tərəf Vasilivka, Avdiivka, Novoselivka yaxınlığında hava hücumlarına başlayıb”.

Xəbər xətti