Conson onu istefaya çağıran naziri işdən çıxarıb
07:34 - 7 İyul 2022 - DÜNYA
Böyük Britaniyanın baş naziri Boris Conson mənzil-məişət naziri Maykl Qovu vəzifəsindən azad edib.
Ucnoqta.az xəbər verir ki,bu barədə “The Guardian“ nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, siyasətçi Nazirlər Kabinetinin rəhbərinin istefaya getməsi ilə bağlı çağırış etməsinə görə işdən çıxarılıb.
Maykl Qov aktiv “Brexit” tərəfdarıdır və Mühafizəkarlar Partiyasının kreslosu uğrunda yarışda B. Consonun keçmiş rəqibidir.