Fransada tətilə görə sürətli qatar reyslərinin 80 faizi ləğv edilib

21:28 - 6 İyul 2022 - DÜNYA

Fransada dəmiryol işçilərinin tətili keçirilir.

Ucnoqta.az xəbər verir ki, tətillə əlaqədar ölkə ərazisində yüksək sürətli qatar reyslərinin təxminən 80 faizi ləğv edilib.

Xüsusilə, Paris regionunda nəqliyyatın hərəkəti pozulub.

Qeyd olunur ki, dəmiryolçular əməhaqlarının artımı tələbi ilə bu gün birgünlük tətil elan edib.

Bu həftənin sonunda Paris hava limanlarının əməkdaşlarının tətilə qoşulacağı gözlənilir. Aeroport işçilər əməkhaqqının artırılması tələbi ilə 8-10 iyulda tətil elan edib.

Xəbər xətti