Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak hökumətdəki vəzifələrindən istefa verdiklərini açıqlayıblar.
Bu haqda nazirlər tviterdə paylaşım ediblər.
İstefa ərizəsini təqdim etmək üçün Boris Consonla görüşdüyünü bildirən Cavid, “Bu vəzifədə xidmət etmək böyük bir imtiyaz idi, lakin təəssüf hissi ilə demək istəyirəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm” qeyd edib.
Cavidin istefa açıqlamasından az sonra Sunak da tviterdəki paylaşımında istefa verdiyini açıqlayıb.
“Xalq haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi idarə olunmasını gözləyir. Mən başa düşürəm ki, bu, mənim sonuncu nazir postum ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm”, - deyə o, paylaşımında bildirib.