Oğuzda marketdə son istifadə müddəti bitmiş məhsullar satılır

11:55 - 5 İyul 2022 - ÖLKƏ İÇİ

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Ucnoqta.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Oğuz şəhəri, Cavanşir küçəsi, ev 46 ünvanında Əliyev Əli Hətəm oğluna məxsus marketdə aparılmış yoxlama zamanı son istifadə müddəti bitmiş qida məhsullarının (“Koroleva” əmtəə nişanlı un məmulatı, “Qidam” əmtəə nişanlı xörək duzu) satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla əlaqədar sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

 

Xəbər xətti