İyulun5-də ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.