Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın toyunda iştirak edə bilməməsindən danışıb.
Ucnoqta.az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb.
"Hər bir valideynin arzusudur ki, balası xoşbəxt olsun. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşallah yaxşı olaram. İyulun 25 - də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma sonsuz təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun ki, bu toy da baş tutdu", - deyə, sənətçi bildirib.