Xalq artisti Kazım Abdullayev şantajla hədələnir.
Ucnoqta.az xəbər verir ki, aktyor bu barədə "Facebook" hesabında məlumat verib.
O, bildirib ki, son vaxtlar onu erotik videolarla şantaj edirlər:
"Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşmayan bir işdir! Hamınız məni gözəl tanıyırsınız! Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər! Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər! Gələn təhdid mesajlarını sizinlə bölüşürəm: Ona görə də mən feyzbuk, mesencer və vatsapı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər!".