Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşdı

02:11 - 1 İyul 2022 - HADİSƏ

Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiye-Muğla istiqamətində hərəkət edən 29 rusiyalı turistin olduğu avtobus beton qarışdıran maşınla toqquşub.

Zərbənin təsirindən avtobus aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlər var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti