Azərbaycanda 3200 nəfərə elektron qolbaq taxılıb

21:07 - 30 İyun 2022 - Cəmiyyət

Bu ilin 6 ayı ərzində Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

İclasda bildirilib ki, altı ayda 367 minə yaxın icra sənədinin icrası təmin edilib və təqribən 420 milyon manat vəsait ödətdirilib.

Xəbər xətti