"Bavariya" "Barselona"nın təklifini rədd etdi

13:30 - 30 İyun 2022 - İDMAN

"Bavariya" klubu "Barselona"nın Robert Levandovski üçün üçüncü təklifini də rədd edib. 

Ucnoqta.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu 33 yaşlı hücumçunu 40+5 milyon avroya satmaqdan imtina edib. Bildirilib ki, "Bavariya" oyunçunu yalnız 50 milyon avroluq təklif alacağı təqdirdə satacaq.

Əvvəllər “Barselona” futbolçu üçün 32+5 milyon avro, sonra isə 35+5 milyon avro təklif edirdi. Bu təkliflərin hər ikisinə “Bavariya”dan müsbət cavab verilməyib.

Ötən mövsüm hücumçu "Bavariya"nın heyətində bütün turnirlərdə 50 matçda 46 qol vurub. Onun tam statistikası burada mövcuddur.

Xəbər xətti