Avtomobilini yolda təmir edən şəxsi maşın vuraraq öldürdü

05:03 - 29 İyun 2022 - HADİSƏ

Goranboyda yol qəzası olub.

Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb.

50 yaşlı Yevlax rayon sakini Kərimov Kənan nasaz avtomobilini arxa hissəsində təmir aparan zaman qarşıdan gələn “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.


Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti