Qurban bayramı ərəfəsində satışa çıxarılacaq heyvanların qiymətinin bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.
Satıcıların sözlərinə görə, Qurban bayramı ərəfəsində heyvanların qiyməti artacaq, amma bayramdan sonra düşəcək.
Tovuz bazarındakı satıcıların sözlərinə görə, yemin qiymətindəki artım satışa təsir edib.
Mingəçevir bazarında isə qəssablar bildirir ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.
Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada"Kənddən şəhərə"qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.