DYP ot daşıyan sürücülərə müraciət etdi

09:30 - 28 İyun 2022 - Cəmiyyət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ot bağlamaları daşıyan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Ucnoqta.az xəbər verir ki, müraciətdə deyilir:

"Nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə ayrı-ayrı sürücülər haqqında çoxsaylı inzibati təsir tədbirlərinin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, hələ də belə qayda pozuntularına yol verilməsi halları müşahidə olunur.

DİN-in Baş DYP İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, xüsusilə belə daşımaları həyata keçirən sürücülərə yük daşıma qaydalarına ciddi riayət etmələrini tövsiyə edir, həmçinin sürücülərin diqqətinə çatdırılır ki, yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır".

Xəbər xətti