Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
17:54 - 26 İyun 2022 - HADİSƏ
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, avtoqəza nəticəsində rayon sakini, 1986-ci il təvəllüdlü Məmmədov Fariz Mübariz oğlu və daha bir rayon sakini xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.